"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında özünə yer edib. UEFA-nın mətbuat xidməti xəbər verir ki, Ağdam klubunun 25 yaşlı müdafiəçisi iki matçda 8 dəfə bunu edə bilib. Mustafazadə qeyd edilən göstəriciyə görə 3-5-ci yerlərdədi. Birinci pillədə isə "Qarabağ"ın qrupdakı rəqibi olan "Nant"ın üzvü Nikolya Palluadı. “Ferentsvaroş”un üzvü Sami Mmae isə ikinci pillədədi.